“Vaşinqtonla danışmaq çətindir, onlar hər zaman səni eşitmirlər...” - Məmmədyarov

“Vaşinqtonla danışmaq çətindir, onlar hər zaman səni eşitmirlər...” - Məmmədyarov
  07 Mart 2017    Oxunub:2013
“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.
"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", - deyə nazir qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: “Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.(APA)

AzVision.az


Teqlər: Vaşinqton   Azərbaycan   XİN   ElmarMəmmədyarov  





Xəbər lenti