94 QHT rəhbərindən Azərbaycanla bağlı çağırış - SİYAHI

94 QHT rəhbərindən Azərbaycanla bağlı çağırış - SİYAHI
  07 Mart 2017    Oxunub:4397
MSŞA QHT Koalisiyasının 94 üzvü MHŞT üzrə Beynəlxalq İdarə Heyətini Azərbaycanın üzvlüyünün bərpasına çağırdı.

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib. 2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müracəti 140 Koalisiya üzvündən 94-ü dəstəkləyib.

MSŞA Koalisiyası Şura üzvü Əliməmməd Nuriyev bu barədə AzVision.az-a məlumat verib. Onun sözlərinə görə, müraciətdə qeyd olunur ki, yerli vətəndaş cəmiyyəti Azərbyacanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edir: “MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.

Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də vətəndaş cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı”.

Ə.Nuriyev bildirib ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldığı da diqqətə çatdırılıb: Müraciətdə qeyd edilib ki, Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).
Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki faliyyətinin bərpasına zəminlər yaradıb. Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probləmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir”.

Ə.Nuriyevin sözlərinə görə, Koalisiya üzvləri müraciətin sonunda ölkəmizin MHŞT-də iştirakının vətəndaş cəmiyyəti üçün əhəmiyyəti bir daha vurğulanıb: “Xüsusi olaraq bir daha bəyan etdik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Müraciətlə bərabər QHT qanunvericiliyinə dəyşikliklərlə bağlı yerli və beynəlxalq təşkilatların müsbət rəyləri də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə göndərilib.

Ə.Nuriyev əlavə edib ki, Koalisiya Şurasının altı üzvü (“altılıq”) tərəfindən də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təhrif olunmuş məlumatlar göndərilib: “Bu məlumatlarda situasiya və faktlar təhrif edilib.“Altılıq” Koalisiyanı siyasi platformaya çevirməyə cəhd göstərir. Koalisiyanın maraqlarını şəxsi və siyasi qrup maraqlarına qurban verirlər. Azərbaycanın üzvlüyünün dayandırılması ilə bağlı hər hansı qərar qəbul olunacaqsa, buna görə “altılıq” məsuliyyət daşıyacaq”.

***

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası üzvlərinin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə Müraciəti


-Hörmətli İdarə Heyəti üzvləri,

2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı ərəfəsində Sizlərə müraciət edirik. Azərbyacanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edirik.

MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında növbəti dəfə Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunacaq.

Biz aşağıda imza edən MSŞA Koalisiyası üzvləri mövqeyimizi və rəyimizi Sizlərin diqqətinə çatdırmaq istərdik.

Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı.

15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyiniz İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).

Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki faliyyətinin bərpasına zəminlər yaradıb. (Rəylər əlavə olunur)
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probelmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir.

Xüsusi olaraq bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Koalisiya üzvləri

1. Sabit Bağırov -İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
2. Abbasov Alban - Məşəl Əlil və Şəhid Ailələrinin Sosial Dəstək I.B
3. Akif Hüseynov - Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İ.B.
4. Əziz Orucov - Qafqaz Media Tədqiqatlar Mərkəzi
5. Anar Xəlilov - Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi
6. Araz Aslanlı - Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi
7. Arzu Soltan -Fərdi üzv
8. Aslan Vəliyev - Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb Regionu üzrə nümayəndəliyi

9. Azər Ələsgərov - Gənc Şairlərə Dəstək” İctimai Birliyi
10. Balakişiyeva Günel -Gənclərin Elmi İnkişafına Dəstək İ.B
11. Camal Məmmədov -“Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi (Gəncə)
12. Ceyhun Musaoğlu - Jurnalist Ekspert Mərkəzi İB
13. Çingiz Dadaşov - Demokratik Seçkilərə Dəstək Mərkəzi İB
14. Dadaşov Telman - “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi
15. Dadaşova Şərqiyyə - “Regional Gender Mərkəzi “ İctimai Birliyi
16. Əhməd Abbasbəyli -"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB
17. Ələsgər Hüseynov - Regional İnkişaf və İnsan Hüquqları İB
18.Əlibəy Zeynalov - “Aran” İnsan Hüquqları Resurs Mərkəzi
19.Əliməmməd Nuriyev - "Konsitusiya" Araşdırmalar Fondu
20.Əliyeva Mehriban -Regional Qadin Teshebbusleri Ictimai Birliyi
21. Elmidar Əliyev - Fərdi üzv
22. Elşən Nağıyev - Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB
23. Əmənov Cəlal - “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
24. Emil Məmmədov - Demokratiyaya Yardım İctimai Birliyi
25. Əsgər Əhməd - "Demokratik Dəyərləri Müdafiyə Fondu"
26. Əvəz Həsənov -Humanitar Tədqiqatlar Mərkəzi
27. Fatimat Ağamirzəyeva - Xalça Dünyası Assosiasiyası (Quba şəhəri)
28. Fidan Maqsudova - Müasir Qadın və Cəmiyyət İB
29. Fikrət Yusifov - Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi
30. Fuad Rəsulov -Fərdi üzv
31. Gunay Huseyn - Demokratiya və Qadın Təşəbbüsləri İB
32. Habil Niftalı - El Gücü Beynəlxalq Humanitar Assosasiyası İ.B
33. Həsənov Hafiz - Hüquq və İnkişaf İ.B
34. Həsənov Rəşad - Sosial Araşdırmalar İ.B
35. Hətəmov Səməd - "Doğma Yurda Qayıdiş"IB
36. Hüseynov Tarverdi - Ekoloji Maarifçilik Mərkəzi İB
37. İlham Şaban Neft Araşdırmalar Mərkəzi
38. İlqar Qasımov - “Hüquqi Yardım” İctimai Birliyi
39. İradə Yaqubova - "ELS" Müstəqil Araşdırmalar Mərkəzi
40. Irşad Abbasov - Ekoloji-Renesans
41. İsgəndərov Musa - Regional “Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İ.B
42. İsrayil İsgəndərov- Ümid sosial inkişafa dəstək ictimai birliyi
43. Jalə Cəfərova - Milli Mədəniyyətin Təbliği ictimai birliyi
44. Kazımov Xalid -Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
45. Kənan Vəliyev - "DƏYƏR" İnkişaf və Maarifləndirməyə Dəstək İ.B
46. Kərimli Eyyub - Demokratik İslahatlar Mərkəzi
47. Könül Ağayeva - Rəqəmsal İnkişaf Iсtimai Birliyi
48. Məhərrəmova Elnarə - “Regionların sosial – iqtisadi inkişafı” İctimayi Birliyi
49. Mehriban Vəzir - Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi
50. Məlahət Mürşüdlü - Azərbaycan Azad Müəllimlər Birliyi
51. Məmmədhəsən Həsəonov - Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimai Birliyi
52. Məmmədli Nəsimi - Yayımların Monitorinq Mərkəzi İ.B
53 .Mirəli Hüseynov - "Demokratiyanı Öyrənmə" İB
54. Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
55. Natiq Hətəmov - “Dalğa” Ekologiya və Təbiətin Qorunması İB
56. Nazim İbadov - "BUTA" Humanitar Uşaq Fondu
57. Rafiq Alışov - Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyi
58. Nərmin Qəribova - "Davamlı Turizmin İnkişafına Dəstək" İ.B
59. Nəsirov Şaban - “ İnsan Haqları-2003” İctimai Birliyi
60. Nəsrulla Nurullayev "Ahıl Ziyalılara Qayğı İB
61. Nicat Dağlar - Jurnalistlərin İqtisadi və Hüquqi Maarifləndirmə Mərkəzi
62. Niftəliyeva Kifayət - "Qadın Dünyası" İctimai Birliyi
63. Novruz Məmmədzadə - "Zəngilan İctimai Birliyi
64. Novruzova Laləndər - Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İ.B
65. Nurəddin İsmailov - “Xilaskar” İctimai Birliyi
66. Osman Gündüz - Multimediya Mərkəzi
67. Qadir İbrahimli - “Güzəran” Sosial Araşdırmalar Mərkəzi
68. Qənimət Məmmədov - Gənc Nəslin Maarifləndirilməsi" İB
69. Quliyev Zaur - Beylaqan Genclerinin Maariflendirilmesi ve Sosial Inkişafi IB
70. Razi Nurullayev - "Region" Beynəlxalq Analitik Mərkəz (RBAM)
71. Rəfail Becanov - İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
72. Şahin Nəsrullayev - "Free Person" Insan Hüquqlarını Müdfiə Cəmiyyəti
73. Rövşən Novruzov -Gəncə Usaq Fondu
74. Ruhəngiz Hüseynova - “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi
75. Ruslan Atakişiyev -İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İB
76. Ruslan Xəlilov - Jurnalist Təşəbbüsləri Mərkəzi
77. Rzazadə İradə - Vətəndaşların Sosial Rifahı Naminə İ.B
78. Sadiq Həsənov - Sağlam həyata doğru” ekoloji ictimai birliyi
79. Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
80. Şamil Mövsümov - Fərdi üzv
81. Samir Həsənov - "Ulduz" Elektron Təşkilatı
82. Səbinə Ələkbərova - "Gənc Liderlər"Təhsil, Təlim və İnkişaf İ.B
83. Səidə Hüseynova - Media və Təhsil İnnovasiyaları Mərkəzi İ.B
84. Sevil Allahverdiyeva - Qadın Problemlərinin Tədqiqatları mərkəzi
85. Sevil Yüzbaşeva - Eko- Aləm İctimai Birliyi
86. Şükür İzzətoğlu - Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi"
87. Taleh Əliyev - Vətəndaş Cəmiyyəti İnstitutu İçtimayi Birliyi
88. Telman Məlikzadə -"Gənclərin Sosial-Mədəni İnkişafına Yardım" İctimai Birliyi
89. Təmrazov Rafiq - Bərabər İmkanlar Mərkəzi İ.B
90. Teymur Kəsəmənli- “Gen mühəndisliyi ilə bağlı marifləndirmə” ictimai birliyi
91. Vüqar Bayramov - Iqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
92. Vüsalə Hüseynova -Demokratik Islahatçı Gənclər İctimai Birliyi
93. Zaur Ibrahimli -Fərdi üzv
94. Bakir (Qasım) Həsənbəyli - Sosial Tərəqqiyə Dəstək İctimai Birliyi

AzVision.az


Teqlər: QHT   Azərbaycan   Çağırış  





Xəbər lenti