Bu ölkə də FETÖ-ya qarşı çıxdı

Bu ölkə də FETÖ-ya qarşı çıxdı
  11 Mart 2017    Oxunub:2002
Madaqaskar Fətullahçı Terror Təşkilatına (FETÖ) məxsus məktəbləri Türkiyə Maarif Fonduna (TMV) təhvil verib.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, TMV-nin icraçı direktoru Həsən Yavuz, Türkiyənin Antananarivodakı səfiri Volkan Türk Vuralın iştirakı ilə Madaqaskarın təhsil naziri Pol Andrianaina Rabari ilə ölkədəki FETÖ məktəblərinin TMV-yə təhvil verilməsinə dair razılıq müqaviləsi imzalanıb.

H. Yavuz alınan üç məktəbdə təhsilin sentyabr ayından etibarən Maarif Fondu tərəfindən veriləcəyini deyib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvar ayında həyata keçirdiyi səfər sonrası danışıqlara başladıqlarını xatırladan H.Yavuz, ölkənin Mahajanga şəhərində həmçinin yeni bir məktəbin açılması məsələsində də razılıq əldə olunduğunu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: FETÖ   Türkiyə  





Xəbər lenti