Putin Sarkisyanı Moskvaya çağırdı - Qarabağdan danışılacaq

Putin Sarkisyanı Moskvaya çağırdı - Qarabağdan danışılacaq
  13 Mart 2017    Oxunub:1927
Ermənistan prezidenti Serj Sarkisyan 14-15 mart tarixlərində Rusiyaya səfər edəcək. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Martın 15-də baş tutacaq görüş zamanı siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair əsas məsələlər, həmçinin Avrasiya məkanında qarşılıqlı fəaliyyət inteqrasiyasının inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Məlumata əsasən görüş zamanı Putin və Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Putin   Sarkisyan   Qarabağ  





Xəbər lenti