"Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək" - Ziyafət Əsgərov

"Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək" - Ziyafət Əsgərov
  13 Mart 2017    Oxunub:2001
Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, hətta ola bilsin, Konstitusiyanın tələblərinə uyğun olaraq bununla bağlı ayrıca qanun da qəbul edilə bilər:

“Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ZiyafətƏsgərov   Birincivitse-prezident   MilliMəclis   Qanun  





Xəbər lenti