Ombudsman qadın məhkumlarla görüşüb

Ombudsman qadın məhkumlarla görüşüb
  13 Mart 2017    Oxunub:1736
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) olub və məhkum qadınları qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E. Süleymanova tərəfindən həmin müəssisədə çoxsaylı məhkum qadın fərdi qaydada dinlənilib, ərizə və müraciətlərinə baxılıb və bəziləri yerində təmin edilib.

Qəbul zamanı sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilib və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, qaldırılan məsələlərin həlli istiqamətində yardımçı olacağını bildirib.

Söhbət aparılan məhkum qadınlar müəssisədə saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən narazılıq etməyiblər.

Yekunda Müvəkkil məhkumların hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və tövsiyələrini verib.

AzVision.az


Teqlər: Ombudsman   PenitensiarXidmət  





Xəbər lenti