Merkel də Türkiyəyə qarşı: "Biz Hollandiyanın yanındayıq"

Merkel də Türkiyəyə qarşı: "Biz Hollandiyanın yanındayıq"
  14 Mart 2017    Oxunub:26987
Almaniya kansleri Angela Merkel dünyanın gündəminə çevrilən Türkiyə-Hollandiya qalmaqalına münasibət bildirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkel Hollandiyaya tam dəstək verdiyini bəyan edib. O, açıq-aşkar Türkiyəyə qarşı çıxaraq Hollaniya ilə həmfikir olduğunu söyləyib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.

AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Almaniya   Qalmaqal  





Xəbər lenti