Bakıda 52 yaşlı qadın intihar edib

Bakıda 52 yaşlı qadın intihar edib
  14 Mart 2017    Oxunub:1768
Bakıda 52 yaşlı qadın özünü asaraq intihar edib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsində yerləşən evlərin birində yaşayan 1965-ci il təvəllüdlü Bənövşə Aslanova özünü evdə tavandan iplə asaraq intihar edib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. (Report)

AzVision.az


Teqlər: Bakı   İntihar  





Xəbər lenti