Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir
  14 Mart 2017    Oxunub:1648
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən təbriklər gəlməkdə davam edir.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla, Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Bolqarıstan Respublikasının Ticarət Palatasının sədr müavini və baş katibi Marqarita Popova, türkiyəli jurnalist və yazıçı Güner Ceylan təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləri – Xalq Artisti Ramiz Quliyev, Əməkdar Artist Elnarə Abdullayeva xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev də təbrik ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

AzVision.az


Teqlər: MehribanƏliyeva   BirinciVitse-prezident   Təbrik  





Xəbər lenti