Kürdəmirdə 6 otaqlı ev yanıb

Kürdəmirdə 6 otaqlı ev yanıb
  14 Mart 2017    Oxunub:1220
Kürdəmirdə birmərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kvadratmetr olan kürsülü evdə altıotaqlı evin iki otağı və mətbəxi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Kürdəmir  





Xəbər lenti