Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
  14 Mart 2017    Oxunub:1895
Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib.Digər tərəfdən Hollandiyanın Ankaradakı səlahiyyətli nümayəndəsi üçüncü dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş vurğulayıb.

Baş nazirin müavini Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da bəyan edib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə iki etiraz notası təqdim edib. İlk nota Fatma Betül Sayan Kaya və onun yanındakı nümayəndə heyətinin məruz qaldığı durumla bağlıdır. Notada nazirə qarşı edilən hərəkətin beynəlxalq qanunlara zidd oluduğu bildirilib. İkinci notada isə Hollandiya polisinin konsulluq önündə türklərə qarşı sərt müdaxiləsi ilə bağlıdır.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   Ankara   Səfir  





Xəbər lenti