İlham Əliyev bu gün Ollandla görüşəcək

İlham Əliyev bu gün Ollandla görüşəcək
  14 Mart 2017    Oxunub:1692
Parisdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün fransalı həmkarı Fransua Ollandla görüşəcək. AzVision.az Yelisey sarayının rəsmi saytına istinadən xəbər verir ki, Ollandla İlham Əliyevin görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Saat 23:15-də isə Fransa prezidenti tərəfindən İlham Əliyevin şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.

Qeyd edək ki, Fransaya səfəri çərçivəsində prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirib.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Azərbaycan   Fransa   Prezident   İlhamƏliyev   Olland  





Xəbər lenti