Vağzalda yatmağın qiyməti müəyyənləşdi

Vağzalda yatmağın qiyməti müəyyənləşdi
  14 Mart 2017    Oxunub:5565
Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan “Sleepbox” istifadəyə verilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzVision.az-a bildirib ki, “Sleepbox”da istirahət etmək istəyən sərnişin 1 saat üçün 10 manat ödəniş etməlidir. Şöbə rəisi qeyd edib ki, hazırda 1 ədəd olan “Sleepbox” ehtiyac olarsa, artırılacaq.

Qeyd edək ki, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: BakıVağzalı   Sleepbox  





Xəbər lenti