Bayraq-adam: 22 nəfərin xilası üçün özünü əsir edən gəncin inanılmaz igidliyi – VİDEOOÇERK

Bayraq-adam: 22 nəfərin xilası üçün özünü əsir edən gəncin inanılmaz igidliyi – VİDEOOÇERK
  14 Mart 2017    Oxunub:148543
Düz 25 il bundan öncə - 1992-ci il martın 14-də 22 xocalılı erməni əsirliyindən qurtardı. Onların əsirlikdən qurtarması üçünsə Natiq adlı 22 yaşlı gənc özünü əsir etmişdi. Əsir düşməmişdi, məhz əsir etmişdi...

Bəzən heç bir igidlik göstərməyən və belə bir niyyəti də olmayanlar necəsə, hansı yollasa qəhrəman kimi təqdim edilir, ödülləndirilirlər. Elələri də var ki, böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, haqq etdiyi adı ala bilmir. Daha dəqiqi, onun bu qəhrəmanlığı rəsmiləşdirilməmiş qalır. Həyatı hesabına erməni əsirliyindəki 22 azərbaycanlını qurtaran Natiq Səlim Oğlu Qasımov da elələrindəndir.

O, təkbaşına 5 gün ac və susuz, dayanmadan ermənilərə qarşı savaşıb. Sonra isə 22 xocalılının azad edilməsi şərtinin qarşılığında təslim olmağa razılaşıb... Amma əlindəki bayrağı yerə qoymadan!

Misilsiz igidlik göstərən Natiq Qasımovu insanlara daha yaxşı tanıtmaq üçün tanınmış telejurnalist, siyasi icmalçı və millət vəkili Sahib Alıyev AzVision.az ilə birlikdə onun haqqında xüsusi videooçerk hazırlayıb. Diqqətlə baxın, bu torpağın necə oğullar yetişdirdiyini görün və fəxr edin...



AzVision.az


Teqlər: #Xocalı   #Natiq   #Qarabağ  





Xəbər lenti