10 tələbənin təhsil haqqını bank ödəyəcək

10 tələbənin təhsil haqqını bank ödəyəcək
  14 Mart 2017    Oxunub:1259
10 SABAH tələbəsinin təhsil haqqı bank tərəfindən ödəniləcək.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun yaydığı məlumata görə, SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı "Azər-Türk" Bank tərəfindən ödəniləcək.

“Həmin tələbələr ölkəmizin 5 fərqli universitetində 3-cü kursda təhsil alırlar. Layihə SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşı olan Azər Türk Bankın təşəbbüsü ilə həyata keçirilir”.

Qeyd edək ki, SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Aytən Zəhra
AzVision.az




Teqlər: SABAH   TəhsilNazirliyi   Bank  





Xəbər lenti