Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb
  14 Mart 2017    Oxunub:1105
Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, mərkəzin martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti