“Həbs olunan şəxs əməkdaşımız deyil” - “Qaçqınkom”

“Həbs olunan şəxs əməkdaşımız deyil” - “Qaçqınkom”
  14 Mart 2017    Oxunub:1337
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi ilə bağlı məlumat yayılıb.

Məlumatda qeyd edilib ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.

Dövlət Komitəsindən bildirilib ki, komitənin strukturunda bu adda əməkdaş olmayıb: "Komitədə heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb".

AzVision.az


Teqlər: Komitə  





Xəbər lenti