Prezident iranlı naziri qəbul edib

Prezident iranlı naziri qəbul edib
  17 Mart 2017    Oxunub:623
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib.

AzVision.az xəbər verir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.

Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az




Teqlər: Prezident   İran  





Xəbər lenti