"Bizə lazım olan pulu dövlətdən gözləyirik" - Məleykə Abbaszadə

"Bizə lazım olan pulu dövlətdən gözləyirik" - Məleykə Abbaszadə
  17 Mart 2017    Oxunub:886
"Biz birinci dəfədir ki, bu şəraitdə imtahanları təşkil edirik. İmtahanları keçirmək üçün biz lazım olan məbləği dövlətdən gözləyirik. Məbləğlə əlaqədar o zaman müraciət edə bilərik ki, nə qədər insan imtahanda iştirak etmək istəyəcək və onların xərci dövlət tərəfindən qarşılansın".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dövlətdən vəsaitin köçürülməsi üçün ərizələrin qəbul sayı müəyyənləşməlidir.

"9-cu siniflər üzrə orta ixtisas təhsili müəssisələrinə 519 nəfər sənəd verib. İmtahanda dövlət büdcəsi hesabına iştirak edəcəklərdən 113-ü bu ilin məzunları, 92 nəfəri isə əvvəlki illərin məzunlarıdir. Yalnız 18 nəfər öz hesabına imtahanda iştirak edir".

İmtahanın keyfiyyəti ilə bağlı dəyişikliyin olmayacağını deyən M.Abbaszadə qeyd edib ki, növbəti illərdə keyfiyyətdə dəyişikliklərin edilməsi mümkündür.

“Lakin gələn ildən necə və nə qədər vəsaitin daxil olacağını bildikdə biz imtahanın aparılma şəraitini və keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə hər bir stolun arxasında bir abituriyentin oturmasını nəzərdə tuturam. Lakin bu daha çox pul və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq".

M.Abbaszadə Tarif Şurası tərəfindən təsdiqlənmiş imtahan qiymətləri ilə bağlı fikir söyləyib: "Biz Tarif Şurasına bir neçə layihə təqdim etmişdik. Təsdiqlənmiş qiymətlər də bizim verdiyimiz layihələr arasında var".

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti