200-dən çox köçkün Cocuq Mərcanlıya qayıtmaq istəyir

200-dən çox köçkün Cocuq Mərcanlıya qayıtmaq istəyir
  17 Mart 2017    Oxunub:1518
“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü keçib. Müraciət edənlərin əksəriyyəti həmin kəndin sakinləridir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Astan Şahverdiyev deyib. Deputat bildirib ki, Cocuq Mərcanlıda tikilən evlərin sayı artırılmalıdır.

A.Şahverdiyev dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə dəstəyin olmasını xüsusi qeyd edib. Milli Məclisin üzvü vurğulayıb ki, ötən ilin aprel ayında baş verən döyüşlər Azərbaycan ordusunun gücünü göstərdi.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: CocuqMərcanlı  





Xəbər lenti