Oğuz və Bakıda yanğın olub

Oğuz və Bakıda yanğın olub
  18 Mart 2017    Oxunub:953
Oğuz rayonu, Qumlaq kəndində yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Qumlaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 147 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında tüstü bacasının ətrafı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Səbail rayonunda da yanğın qeydə alınıb. Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanmış və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti