Nəqliyyat Agentliyi təlim keçəcək

Nəqliyyat Agentliyi təlim keçəcək
  18 Mart 2017    Oxunub:1149
Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu çərçivədə martın 28-də “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim təşkil ediləcək. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələrinə xüsusi hərəkət zolaqlarının əhəmiyyəti, onlardan istifadə qaydaları izah ediləcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq M.Füzuli küçəsində (Qış parkı boyunca) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, həmin zolaq müvafiq yol nişanları ilə təmin edilib.

AzVision.az


Teqlər: BakıNəqliyyatAgentliyi  





Xəbər lenti