Prezident tunisli həmkarını təbrik edib

Prezident tunisli həmkarını təbrik edib
  18 Mart 2017    Oxunub:1013
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər: İlhamƏliyev   TunisBeji   Kaidəs-Sebsi  





Xəbər lenti