Azərbaycana bahar gəlir: 20 mart, saat 14:28-də

Azərbaycana bahar gəlir: 20 mart, saat 14:28-də
  19 Mart 2017    Oxunub:11321
Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:29 radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından AzərTac-a bildiriblər ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edir.

Bahar gələndə torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür. Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir.

AzVision.az


Teqlər: AMEA   Rəsədxana   Bahar  





Xəbər lenti