DİN oğruları ifşa etdi

DİN oğruları ifşa etdi
  20 Mart 2017    Oxunub:1842
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 7-də rayon ərazisindəki evlərdən birindən kombi aparatı, 15 ədəd divar kağızı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rahim Hətəmzadə tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun daha bir evdən qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Martın 19-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Rövşən Həsənova məxsus yardımçı təsərrüfatdan təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Səfərəli Səfərov tutulub.

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən ötən il noyabrın 1-də Sədaqət Süleymanovun "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Şöhrət Xəlilov və Elxan Namazov tutulublar.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini Allahverən Rüstəmovun həyətyanı sahəsindən 5 baş inək oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Xasay Hacıyev və Ramiz Əliyev tutulublar.

Martın 19-da saat 1 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini İlqar Alışovun "KAMaz" markalı avtomobilindən akkumulyatorunu oğurlamağa cəhd gəstərən Bərdə rayon sakini Xəqani Mehdiyev avtomobilin sahibi tərəfindən saxlanılaraq 17-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən yanvarın 26-da Bakı şəhər sakini Elşən Əhmədovun həyətyanı sahəsindən darvaza oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vahab Rəhimov tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvar ayında Badamdar yolu küçəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağabala Əhmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin yanvar-mart ayları ərzində həmin küçədə daha 4 evin həyətyanı sahələrindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Fuad Cümşüdova və Amin Osmanova məxsus iki "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rayəddin Əhmədovun ətrafında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun martın 17-nə keçən gecə daha 9 Cəlilabad şəhər sakininin həyətyanı sahəsindən su sayğaclarını oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti