Naxçıvanda əhalinin sayı və gəlirləri artıb

Naxçıvanda əhalinin sayı və gəlirləri artıb
  29 Mart 2017    Oxunub:1110
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.

AzVision.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 1 fevral 2017-ci il tarixə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətdə 4638 nəfər və ya 1 faiz artaraq 449404 nəfər təşkil edib.

Bundan əlavə rəsmi statistikaya əsasən Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri artıb. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 242 milyon 336 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 539,1 manat təşkil edib.

Həmçinin 1 mart 2017-ci il tarixə Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 55312-yə çatıb ki, bunun da 46982-si və ya 84,9 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-fevral aylarında açılmış 10077 bank hesabının 10063-ü aktiv hesablar olub.

2017-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,4 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Əhali   Statistika  





Xəbər lenti