Ermənilərin diri-diri yandırdığı azərbaycanlı hərbçi – FOTO
1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olub. Daha sonra H.Əliyevin iştirakı ilə Xankəndində keçirilən geniş iclasda C. Xudiyev çıxış edir, qətli törədən şəxslərin adlarını açıqlayır, iclasdan sonra isə 39 erməni həbs edilir.
C. Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılıb.
15 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Xocalı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərlə təsdiq olunub.
Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar və “Aprel döyüşləri” şəhidləri, Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə tərcümə edilib.
AzVision.az
Teqlər: #31mart #ErməniVəhşiliyi