Sinifdə qalan şagirdlər imtahan verəcək
Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Aytən Zəhra
AzVision.az