Azərbaycanda yeni rektor təyinatı

Azərbaycanda yeni rektor təyinatı
  06 Aprel 2017    Oxunub:1796
Qərb Universitetinə yeni rektor təyin olunub.
AzVision.az xəbər verir ki, bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

Böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: QərbUniversiteti  





Xəbər lenti