Azərbaycanlı idmançılar Avropada itkin düşüblər?

Azərbaycanlı idmançılar Avropada itkin düşüblər?
  07 Aprel 2017    Oxunub:3503
Tanınmış azərbaycanlı jurnalisti, səyyah Azər Qəribov sosial şəbəkədə Xorvatiyaya gedən idmançılarımızın itməsi barədə məlumat paylaşıb.

Jurnalist bildirib ki, Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən azərbaycanlı idmançılar yoxa çıxıblar.

"Oteli tərk edən idmançılar yarışlara gəlməyiblər və polis artıq iki gündür ki, onları axtarır"-deyə A.Qərib yazıb.

AzVision.az məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova saytımıza bildirib ki, yayılan məlumat doğru deyil, idmançılarımız itməyib.

Bununla bağlı nazirlik geniş məlumat yayacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Azərbaycan   Atletika   Avropa   İdmançı  





Xəbər lenti