"Rus icmasının sənədlərində çatışmazlıq var" - Əli Hüseynli

"Rus icmasının sənədlərində çatışmazlıq var" - Əli Hüseynli
  07 Aprel 2017    Oxunub:1631
“Ümumrusiya Azərbaycan Konqresi zamanında Ulu Öndər Heydər Əliyev və Rusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu, diaspora sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı Rusiyanın dövlət maraqlarını ifadə edib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Əli Hüseynli deyib.

Dostluq qrupunun sədri bildirib ki, son illər Rusiya Azərbaycan münsaibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Bizim əməkdaşlığımız səmimi xarakter daşıyır. Məhz bu baxımdan konqresin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin müraciəti təəccüb doğurmaqla yanaşı, həm də təxribat olması ilə bağlı fikir yaradır. Rusiyada qeydiyyatla bağlı konqresə müraciət edilib, sonuncu müraciət ötən ilin oktyabr ayında olub. Lakin konqresin ötən ilin dekabrında qurultayı keçirilib. Həmin ayda konqreslə bağl yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin buna baxmayaraq Rusiyanın Ədliyyə Nazirliyi birliyin vahid dövlət reysterindən çıxarılması ilə bağlı mart ayında Ali Məhkəməyə müraciət edib. Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirləri özundə ehtiva edir. Burada cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Lakin onlar son addımı məhz konqresin ləğvini seçiblər. Biz onlara Rusiya qanunvericliyinə bir daha baxmağı təklif edirik. Bizim qanunvericiliyimizdə də belə hallar var. Axtarsaq, Rusiya icmasının sənədləri ilə bağlı müəyyən çatışmazlıqların olduğunu görərik. Lakin onun ləğvi ilə bağlı heç zaman məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir”.

Ə.Hüseynli sonda vurğulayıb ki, sədri olduğu dostluq qrupu Rusiya Ədliyyə Nazirliyinə və Rusiya Ali Məhkəməsinə müraciət ünvanlayacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Rusiya  





Xəbər lenti