Miqrasiya Məcəlləsinə dəyişiklik gündəlikdən çıxarıldı

Miqrasiya Məcəlləsinə dəyişiklik gündəlikdən çıxarıldı
  07 Aprel 2017    Oxunub:1307
Milli Məclisin bu gün keçirilən plenar iclasında gündəlikdəki məsələlərdən biri çıxarılıb. Bu, “Miqrasiya Məcəlləsi”nə dəyişiklik layihəsidir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin sədri Əli Hüseynli məlumat verib.

Sədr bunun səbəbini açıqlayıb: “Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti vaxt istəyib. Biz də ona görə bunu gündəlikdən çıxardıq. Tezliklə bu məsələyə baxılacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti