Milli Şura üzvləri etiraz edir: "Mitinq keçirilməsin!"

Milli Şura üzvləri etiraz edir: "Mitinq keçirilməsin!"
  08 Aprel 2017    Oxunub:39617
Milli Şuranın 8 aprel mitinqi ciddi fikir ayrıllığı yaradıb. Müxalifət partiyalarının mitinqi boykot etməsi, o cümlədən 8 aprel tarixinin məhz Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə seçilməsi səbəbindən Milli Şuranın əksər üzvləri sabahki mitinqə getməkdən imtina ediblər.
Hazırda düşərgədə qeyri-müəyyənlik hökm sürür, mitinqə hazırıqlar demək olar ki, görülməyib.

“Məhsul” stadionuna Əli Kərimlinin “canlı yayım”da vəd etdiyi kimi minlərlə insanın gələcəyi də inandırıcı görünmür, hətta bu, mümkün deyil. Rəsul Quliyevin proqnozuna görə, 8 aprel mitinqinə 50 nəfər gəlsə, böyük işdir.

MŞ üzvləri hesab edirlər ki, Bakı Meriyasının rədd cavabı verdiyi mitinqin 8 aprelə keçirilməsi kökündən yalnışdır. Qurum daxilində çəkişmələr mitinq qərarı verilən vaxtdan başlayıb. Belə ki, şurada mitinqlərin daimi təşkilatçıları kimi tanınan Eldəniz Quliyev, İbrahim İbrahimli və Vahid Məhərrəmov RATİ rəhbəri Emin Hüseynovun göstərişi ilə mitinq keçirilməsinin doğru olmadığı fikrini müdafiə ediblər. Onlar hesab ediblər ki, mitinq keçirilsə, olan-qalan nüfuzlarını da itirəcəklər. Buna baxmayaraq, AXCP sədri Əli Kərimli israrla mitinq qərarının verilməsini tələb edib. Ona mitinqin boykot ediləcəyi, iflasa uğrayacağı haqda xəbərdarlıq edilsə də, Kərimli fikrindən dönməyib. Bu səbəbdən narazılıqlar yaranmağa, mitinq tərəfdarları ilə əleyhdarları arasında fikirlər haçalanmağa başlayıb. Mitinqi dəstəkləmədiyi üçün Eldəniz Quliyev, İbrahim İbrahimli və Vahid Məhərrəmov ənənəvi təşkilatçılıq görəvindən uzaq tutulub.



Diqqət çəkən məqamlardan biri də dindarların mitinqə buraxılmamasıdır. İnanclı insanlara edilən hörmətsizlik mətbuat səhifəslərindən göründüyü kimi, ciddi etirazlar doğurub. Nardaran hadisələri zamanı siyasi alət kimi istifadə olunan bir qrup islamçı Milli Şuradan üz döndərdiklərini ifadə ediblər.

Anti-İslam kampaniyasının müəllifi jurnalist Xədicə İsmayıldır. O, şərt qoyub ki, dindarlar mitinqə gəlməməlidirlər. Əks halda o, da “Məhsul”a getməkdən imtina edəcək. Bu addım Kərimli tərəfindən dəstəkləyib. Maraqlıdır ki, Nardaran hadisələri zamanı din kartını ortaya atıb, mitinqlərə inanclı kəsimi səsləyən radikallar bu dəfə məlum olmayan səbəbdən islamçılardan üz döndərdilər.

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Milli Şuranın dindarlardan imtina etməsi mitinq təşkilatçılarının sifarişidir. Onun sözlərinə görə, Xədicə İsmayıl və Əli Kərimli sponsorlarından gələn tapşırıqlar əsasında addımlar atır.

Milli Şurada yaşanan qarşıdurmalar bununla bitmir. Mitinqin vaxtının hökumətin icazəsi ilə dəyişdirilməsi gərginliyi bir qədər də artırıb. Hətta bu qərardan sonra Cəmil Həsənlinin Əli Kərimli ilə mübahisə etdiyi deyilir. Məlumata görə, Cəmil Həsənli hökumətin məsləhəti ilə mitinq keçirməyin əleyhinə olub.

Kərimli mətbuata müsahibəsində mitinqlə bağlı fikirayrılığının olduğunu etiraf edib. O, deyib ki, bir çoxları hökumətin təyin etdiyi vaxtda mitinq keçirmək qərarının məqsədə uyğun olmadığını düşünür.

“Əvvəllər olduğu kimi mitinqi ya dediyimiz vaxtda keçirməliyik, ya da imtina etməliyik. Əgər mitinqi hökumətin dediyi vaxtda keçirsək boyun əymiş olarıq”-deyə MŞ-dakı narazılar söyləyib.



Məlumata görə, bu mövqe əvvəlcə MŞ sədri Cəmil Həsənli tərəfindən dəstəklənib. Ancaq, Əli Kərimli və dəstəsi mitinqin keçirilməsinə israr edincə, C.Həsənlinin onlarla razılaşmaqdan başqa şanlı qalmayıb.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: MilliŞura   Mitinq   Müxalifət  





Xəbər lenti