Mitinq başa çatdı - FOTOLAR (Yenilənib)

  08 Aprel 2017    Oxunub : 7327
Mitinq başa çatdı - FOTOLAR (Yenilənib)
Bakı Şəhər Baş Polis İdarəsi aprelin 8-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən AzVision.az-a verilən məlumata görə, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Ümumilikdə isə mitinqdə cəbhəçilər və dindarlar çoxluq təşkil edib.



***

İnsanlar vaxtından tez "Məhsul" stadionunu tərk etməyə başlayıblar. Az keçmədən mitinq başa çatıb.

***

Milli Şuranın mitinqində gülməli anlar yaşanıb. AXCP sədri Əli Kərimli çıxışında deyib ki, Azərbaycanda 45 ildir ki, hakiyyət dəyişmir və ölkəyə YAP rəhbərlik edir. Bu il 25 yaşı tamam olacaq partiyanın 45 il hakimiyyətdə olması necə mümkündür?

Əli Kərimlinin dili yalana o qədər öyrəşib ki, 26 yaşlı ölkədə 45 il hakimiyyətin dəyişmədiyini deməkdən belə çəkinmir.

***



Mitinqə gələnlərin bəziləri Avropaya mühacir statusu ilə getmək istəyənlərdir. Onlar fotoqraflara pul təklif edərək mitinqdə şəkillərinin çəkilməsini xahiş edirlər.

***

Müxalifətin radikal qanadı olan Milli Şuranın saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb. Buna səbəb Əli Kərimli və Cəmil Həsənlinin stadiona gec gəlməsidir. "Məhsul" stadionuna çox az sayda adam toplaşıb.

Əli Kərimlinin tərəfdarları təxribat məqsədi ilə mitinqə dini şüarlar yazılmış plakatlarla gəliblər.





Hazırda mitinq davam edir.

Qeyd edək ki, ölkənin digər müxalifət partiyaları Milli Şuranın mitinqindən imtina ediblər. Müsavat, KXCP, AMİP, ALP, ADP, Ümid və digər partiyalar mitinqə qatılmayacaqlarını öncədən bəyan ediblər.









Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

Teqlər: MilliŞura   Mitinq   Müxalifət