Nəsimi rayonunda qaz yoxdur

Nəsimi rayonunda qaz yoxdur
  08 Aprel 2017    Oxunub:2158
Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi məqsədilə qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, təmir işlərinin axşam saatlarında görülməsi zəruriyyəti ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar aprelin 8-də saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi təqdirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti