Milli Şura, yoxsa Molla Şurası? – FOTOLAR

Milli Şura, yoxsa Molla Şurası? – FOTOLAR
  08 Aprel 2017    Oxunub:21254
Milli Şuranın bu gün “Məhsul” stadionunda keçirdiyi mitinqdə ən çox gözə dəyən zümrə radikal dindarlar idi.

Nadaran hadisələrində günahkar olduğu üçün həbs edilən Taleh Bağırzadənin, Mövsüm Səmədovun fotoları aksiyanın əsas “bəzəyi” idi. Belə təəssürat yaranırdı ki, sanki aksiyanın təşkilində əsas məqsəd elə islamçıların tələblərini qabartmaqdan ibarətdir.



Əli Kərimlinin özü də çıxışı zamanı məhz radikal islamçılara tərəf yönəldi: onların tələblərini səsləndirdi, həbsdə olan nümayəndələrinin adlarını bir-bir sadaladı... Maraqlıdır, niyə? Görünür, mitinqin maliyyəsinin bir qismi də radikal islamçıların bağlı olduğu dairələrdən ayrılıbmış.



Başqa səbəb də var: mitinqə gələnlərin əksəriyyəti məhz onlar idilər. İslamçılar geniş şəkildə qatılmasalar, “Məhsul” stadionu keçəl başı xatırladardı. Yəni Kərimli radikal dindarlara meydanı doldurmaq vasitəsi kimi yanaşıb. Başqa sözlə, keçəl başa əkilən tük kimi...

Tariyel Həsənov
AzVision.az


























Teqlər: #MilliŞura   #Mitinq   #Radikallar   #İslamçılar  





Xəbər lenti