Lapşin apellyasiya şikayəti verib

Lapşin apellyasiya şikayəti verib
  11 Aprel 2017    Oxunub:1435
Bloqqer Aleksandr Lapşin Bakının Nəsimi rayonunun məhkəməsinin onun barəsində seçilmiş həbs-qəti imkan tədbirindən apelyasiya məhkəməsinə müraciət edib.
AzVision.az xəbər verir ki, bunu “Rİa Novosti”yə Lapşinin vəkili Eduard Çernin bildirib.

“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkilim Nəsimi rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin müddətinin 3 ay ərzində artırılması barədə qərarından apelyasiya şikayəti verib. Şikayət ərizəsinə yaxın 10-15 gün ərzində baxılacaq”, - deyə Lapşinin vəkili bildirib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşinin həbs müddəti 3 ay artırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lapşin   Azərbaycan   Məhkəmə  





Xəbər lenti