DYP xəbərdarlıq etdi: Reydlər davam edəcək

DYP xəbərdarlıq etdi: Reydlər davam edəcək
  14 Aprel 2017    Oxunub:1303
"Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən, texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarını həyata keçirənlərə qarşı reydlər davam etdiriləcək"
AzVision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisinin sözlərinə görə, sərnişindaşıma sahəsində yol-nəqliyyat hadisələrinin sayı artdığından mikroavtobuslarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar verilib.

“Bildiyiniz kimi şəhərlərarası sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Buna əməl edilməməsi ilə yanaşı, marşurutlarda əlavə oturacaqlar qoyulur. Üstəlik avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilib”.

K.Əliyev bildirib ki, sürüclərin dayanacaqlardan kənarda sərnişin mindirib-düşürmə hallarına qarşı mübarizə aparılacaq. “Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalı, sürücülər tibbi müayinədən keçməlidir”.

K. Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DYP   Reyd   Avtobus   Sərnişin  





Xəbər lenti