Salyanda kriminal avtoritet tutulub

Salyanda kriminal avtoritet tutulub
  15 Aprel 2017    Oxunub:4471
Azərbaycanda kriminal avtoritet həbs edilib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb. Ondan 100 qram tiryək götürülüb.

Məlumata görə, R. Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və “Şaşı” ləqəbi ilə tanınır.

R. Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (APA)

AzVision.az


Teqlər: Salyan   Kriminal   Avtoritet  





Xəbər lenti