Gənc fəal AXCP və Milli Şuradan imtina etdi

Gənc fəal AXCP və Milli Şuradan imtina etdi
  17 Aprel 2017    Oxunub:1618
Milli Şura və AXCP rəhbərlyinin radikal dindarlarla əməkdaşlığı qurumların sıravi üzvlərini hiddətləndirib. Bundan narazı olan üzvlər təşkilatdan uzaqlaşmağa başlayıblar. Gənc fəal Elvin Babayev “Facebook” səhifəsində AXCP və Milli Şuradan imtina etdiyini bəyan edib:
O, Milli Şuradan Tale Bağırzadə və Abgül Süleymanova dəstək verildiyinə görə, üz döndərdiyini açıqlayıb:

“Bu günə kimi tərəftar olduğum AXCP, Milli Şuradan uzaq durmaq qərarına gəldim. Əsas səbəb isə bu təşkilatların, bir çox üzvləri və tərəftarlarının, İran ayətulalarının Azərbaycandakı nümayəndəsi Tale Bağırzadə və Abgül Süleymanovun İran yönümlü çirkin təbliğatını Azərbaycanda dəstəkləmələridir. Odur ki, AXCP lideri Əli Kərimli barəsində heç bir mənfi fikirdə olmasam da, üzvlərinin, tərəfdarlarının bir çoxunun İran ayətulalarının təbliğatına dəstək verməklə, həmçinin tənqidi anlayışın nə olduqunu bilmədiklərindən, tənqidi - təhqir kimi qəbul edənlərin çoxluq təşkil etdiyini gördüyüm üçün bunun demokratik prinsiplərə uyğun olmamasının şahidi oldum. Odur ki, belə bir İran yönümlü tərəftarlarla, üzvlərlə mübarizə yolunu davam edə bilmərəm, burada dini ayrıseçkilik, həmçinin mənim şəxsən dini maraqlarıma zidd təbliğatların şahidi oldum, bir neçə dəfədə bunu bəzilərinə ünvanladım ki, bu təbliğat ümumiyyətlə xalqımız üçün ciddi təhlükə mənbəyidir, amma bu çirkin təbliğata haqq qazandırdıqları anladım, odur ki, sizinlə mübarizə yolunu davam edə bilmərəm".

E.Babayev bu açıqlamasından sonra təzyiqlərlə üzləşdiyini qeyd edib.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MilliŞura   AXCP   Fəal  





Xəbər lenti