"Referendum yüksək səviyyədə keçirilib" - Bahar Muradova

"Referendum yüksək səviyyədə keçirilib" - Bahar Muradova
  18 Aprel 2017    Oxunub:1234
"Türkiyədə referendum yüksək səviyyədə keçirilib. Bu münasibətlə Türkiyə vətəndaşlarını təbrik etmək lazımdır”
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Parlamentin sədr müavini bildirib ki, Türkiyədə bütün qərarlar xalqın iştirakı ilə verilir: “Hansı hissənin hansı mövqe sərgiləməsindən aslı olmayaraq həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın iştirakı ilə verilir və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir. Düşünürəm ki, əldə olunmuş nəticə Türkiyə vətəndaşlarının qərarıdır və bu nəzərə alınmalıdır. Biz həm daxildə, həm də xaricdə türklərin qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır. Hədəfə nail olundu. Referendum yüksək səviyyədə keçirildi. Qərarlar demokratik standartlara uyğun şəkildə verildi”.

B.Muradova əmindir ki, Türkiyənin siyasi iqtidarı, Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan AKP bundan sonra həm daxildə, həm də xarici tərəfdaşlar və müttəfiqləri, onu sevməyən "dostları" ilə münasibətdə ölkəsinin əsas maraqlarını rəhbər tutaraq bu qərarın verdiyi üstünlüklərdən yararlanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: BaharMuradova   Türkiyə   Referendum  





Xəbər lenti