“Şəxsi inkişaf görüşlər”i davam edir - Fotolar

“Şəxsi inkişaf görüşlər”i davam edir - Fotolar
  18 Aprel 2017    Oxunub:2167
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə ASAN Könüllülərinin birgə tərəfdaşlığı və "Azersun Holding"in dəstəyi ilə Formula 1 Avropa Qran Prisinin Könüllülər Mərkəzində 17 aprel 2017-ci il tarixində Formula 1 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib.
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları şöbəsini rəhbəri İranə Əhmədova, "Azersun Holding"in Marketinq əməliyyatları departamentin müdiri Fuad Həsənov və “ASAN School” Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışaraq, Formula 1 könüllülərinə faəliyyətlərində uğurlar arzuladılar.



Tədbirin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və Formula 1 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və "Azersun Holding"in dəstəyini nümayiş etdirməkdir.
Qeyd edək ki, “Şəxsi inkişaf görüşlər”i çərçivəsində tədbirdə iştirak edən ilk 200 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı "Azersun Holding" tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hədiyyə olunub.



Məlumat üçün bildirək ki, 2016-ci il fevral 29 tarixinə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzlanmışdır və bu formatda silsilə tədbirlərin keçirilməsi məqsədə uyğun sayılmışdır.

Qeyd olunmalıdır ki, öz növbəsində "Azersun Holding" ASAN xidmət ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində ekoloji maarifləndirmə istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.

AzVision.az


Teqlər: ASANxidmət   ASANKönüllüləri   ASANSchool  





Xəbər lenti