67 gün qaldı: Bakıda qızğın iş gedir (FOTOLAR)

67 gün qaldı: Bakıda qızğın iş gedir (FOTOLAR)
  18 Aprel 2017    Oxunub:5877
Azərbaycanda “Formula 1” yarışlarına hazırlıq işləri davam etdirilir. Aprelin 15-dən yarışının keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün təmir-bərpa işlərinə başlanılıb.
Mayın 1-dək davam edəcək prosesdə trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyü çəkiləcək və həmçinin, bütövlükdə trekə baxış keçirilərək ehtiyac olan yerlərdə asfalt örtüyündə təmir-bərpa işləri aparılacaq.



Trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi 3 mərhələdə həyata keçirilir.

İlkin mərhələdə, 15-19 aprel tarixlərində, trekin 15 və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılır.

20-23 aprel tarixlərini əhatə edən ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək.



Sonuncu mərhələyə 23 aprel tarixində start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək.

Qeyd edək I, bu il Azərbaycanda “Formula-1” yarışları 23-25 iyun tarixlərində keçiriləcək.





Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: Formula1   Bakı   Yarış   QranPri  





Xəbər lenti