3 ayda 252 narkoman qeydiyyata götürülüb

3 ayda 252 narkoman qeydiyyata götürülüb
  19 Aprel 2017    Oxunub:1675
2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan AzVision.az-a verilən məlumata görə onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, car ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 308 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 519 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Narkoman  





Xəbər lenti