Sərnişinləri ölümə aparan 40 avtobus xətdən çıxarılıb

Sərnişinləri ölümə aparan 40 avtobus xətdən çıxarılıb
  20 Aprel 2017    Oxunub:4417
Sərnişindaşıma ilə məşğul olan 40-a yaxın nəqliyyat vasitəsi idarəetmədən kənarlaşdırılıb. Bu barədə AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
DYP rəsmisi bildirib ki, Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən, texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarını həyata keçirənlərə qarşı reydlər mütəmadi olaraq keçiriləcək.

“Bəzi marşurutlarda əlavə oturacaqlar qoyulur. Üstəlik avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilir”-deyə K.Əliyev vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Avtobus   Reyd  





Xəbər lenti