Deputatların etik davranış qaydaları müzakirə olunur

  20 Aprel 2017    Oxunub : 733
Deputatların etik davranış qaydaları müzakirə olunur

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün birgə keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az-ın verdiyi xəbərə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır.

Komitə səsdri deyib ki, bəzi hallarda adekvat olmayan davranış sərgilənə bilir: “Təbii ki, bu qanunla tənzimlənməlidir. Ona görə də layihə hazırlanarkən Avropa Şurası və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

Deputat Azay Quliyev isə qeyd edib ki, bu qanun layihəsi ilə bağlı müxtəlif fikirlər var və bu fikirlərin olması normaldır. Onun sözlərinə görə, konstitusiya normasına uyğun olaraq belə bir qanun layihəsi qəbul olunmalıdır:

“Qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb bunu müzakirə edə bilərik”.

Deputat Fazil Mustafa qanun layihəsinin qısaldılmasını təklif edib. O, bir sıra məsələlərin qanun layihəsindən çıxarılmasını istəyib.

Hazırda qanun layihəsi ətrafında müzakirələr davam edir.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: MilliMəclis