Sumqayıta 4 milyon pul ayrıldı - Sərəncam

  20 Aprel 2017    Oxunub : 356
Sumqayıta 4 milyon pul ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az

Teqlər: İlham-Əliyev   Sumqayıt   Sərəncam