Belçikada 19 minə yaxın potensial terrorçu var

Belçikada 19 minə yaxın potensial terrorçu var
  21 Aprel 2017    Oxunub:1159
Belçika polisinin məlumatlar bazasında terrorçularla əlaqədə şübhəli bilinən 18 min 884 nəfərin adı qeyd olunub.
AzVision.az xəbər verir ki, bu barədə “RTL” teleradio kompaniyasına Belçika Daxili İşlər Nazirliyindən verilib. Qeyd olunub ki, rəqəm 2010-cu illə müqayisədə 10 dəfə çoxdur.

Bu siyahıda olan 2,2 min nəfər radikallığa və təcavüz aktlarına potensial hazır olan şəxslərdir.

Qeyd edək ki, 2016-cı il martın 24-dən Belçikada üçüncü yüksək terror təhlükəsi səviyyəsi tətbiq olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Belçika   Terror  





Xəbər lenti