Ordumuzun genişmiqyaslı təlimlərindən VİDEO

Ordumuzun genişmiqyaslı təlimlərindən VİDEO
  21 Aprel 2017    Oxunub:21271
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.
AzVision.az xəbər veri ki, təlimlər aprelin 21-də başa çatıb.

Təlimlərdə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları iştirak edib.

Beş gün davam edən təlimlərin videosunu təqdim edirik:



AzVision.az



Teqlər: MüdafiəNazirliyi   Ordu   Təlim  





Xəbər lenti