3 mindən çox azərbaycanlı xaricdə dini təhsil alıb

3 mindən çox azərbaycanlı xaricdə dini təhsil alıb
  24 Aprel 2017    Oxunub:1443
“Bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsin sədri Siyavuş Novruzov adıçəkilən komitənin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri xatırladıb ki, bu gün Azərbaycanda 2500-ə yaxın məscid var: “Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Orada gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir”.

S.Novruzov əlavə edib ki, hələ bir müddət əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi: “Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıdanda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər var ki, biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun nəticəsində onlar ya Azərbaycandan gedirdilər, ya da başqa qruplarda fəaliyyətini davam etdirməli olurdular. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından istifadə edilsin”.

Komitə sədri vurğulayıb ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir: “Biz qanuna dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyətini məhdudlaşdırmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəkilində deyil, savadlı şəkildə həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Din   Qanun  





Xəbər lenti